Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 03:11

Abituriyentlərin ixtisas seçimi başladı


İyulun 25-dən abituriyentlərin elektron ixtisas seçimi başlayır.

TQDK sədri Məleykə Abbaszadə deyib ki, əldə olan nəticələrə görə, hər bir qrup üzrə təxminən 1000 nəfər kənarda qalacaq.

Onun sözlərinə görə, 600-dən artıq bal toplayanlar seçdikləri ixtisaslara düşəcəklər. Ancaq bununla belə, yer məhdud olan ixtisaslar var ki, onlar üzrə müsabiqə olacaq. İkinci mərhələdə isə yalnız ödənişli ixtisaslar və özəl ali məktəblərə seçim etmək mümkündür.

TQDK sədri bildirir ki, avqustun 5-də ixtisas seçiminin nəticələri elan ediləcək.

İxtisas seçimi avqustun 3-dək davam edəcək.
XS
SM
MD
LG