Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 10:24

Avropa Birliyi prezident seçkisinin demokratik olmadığını deyir


Bu gün Avropa Birliyi prezidentliyindən yayılan məlumatda deyilir ki, iyulun 23-də keçirilmiş seçki demokratik seçki, o cümlədən də hakim partiya ilə hökumətin ayrılması barədə öhdəliklərinə uyğun olmayıb.

Bu gün seçkini müşahidə edən ATƏT-in nümayəndələri də bu seçkinin keçirilməsindən məyus olduqlarını bildiriblər.

Müşahidəçilər bildirirlər ki, seçki qutuların topa bülletenlərlə doldurulması, seçici siyahılarında qüsurlar, medianın birtərəfli təbliğatı, hakimiyyət imkanlarından Bakiyevin xeyrinə istifadə kimi çoxsaylı qanun pozuntuları ilə keçib.

Rəsmi nəticəyə görə bu seçkidə Kurmanbek Bakiyev 85 % səslə qalib gəlib. Müxalifət nəticəni qeyri-legitim hesab edib yeni seçki tələb edir.
XS
SM
MD
LG