Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 05:40

Co Bayden Ukraynadan sonra Gürcüstana gedir

ABŞ vitse-prezidenti Co Bayden iyulun 22-də Ukraynadan sonra Gürcüstana gedəcək. İyulun 21-i prezident Viktor Yuşşenko ilə görüşən Bayden deyib ki, ABŞ Ukraynanın istənilən alyansa daxil olmaq hüququnu dəstəkləyir.

Yuşşenko Ukraynanı «demokratiyanın idarə etdiyi Avropa ölkəsi» adlandırıb.

Rusiyanın NATO-dakı səfiri Dmitri Roqozin ABŞ vitse-prezidentinin Ukrayna və Gürcüstana səfərini hər iki ölkəyə təsəlli vermək məqsədi daşıdığını və bu ölkələrin tezliklə NATO-ya qoşulmaq şansının olmadığını bildirib.
XS
SM
MD
LG