Keçid linkləri

2026, 22 Aprel, çərşənbə, Bakı vaxtı 02:39

Yaponiyanın baş naziri səhvlərinəgörə üzr istəyib

Yaponiyanın baş naziri Taro Aso buraxdığı səhvlərə görə tərəfdarlarından üzr istəyib.

O Liberal-Demokrat partiyasından olan deputatlar qarşısında çıxış edərəkən qeyd edib ki, bu yaxınlarda partiyanın yerli seçkilərdə uduzmasına görə məsuliyyəti üzərindən atmır.

Taro Aso bu gün parlamenti buraxıb.

Erkən seçkilər avqustun 30-a təyin olunub.

Şərhçilər hesab edir ki, Liberal Demokrat partiyası seçkilərdə müxalifətdə olan Demokrat partiyasına uduza bilər.

Bu isə liberal demokratların 50 illik hakimiyyətinin sonu ola bilər.
XS
SM
MD
LG