Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:31

“İndiki vəziyyət Əliyevi də Sarkisyanı da qane edir”


Moskva -- prezidentlər soldan Ilham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan, 18 iyul, 2009
Moskva -- prezidentlər soldan Ilham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan, 18 iyul, 2009
Hayk” qəzeti
“Formalaşmış qaydalarla Serj Sarkisyan və İlham Əliyev Xarici İşlər nazirlərinə payızda yeni görüşlərini hazırlamağı tapşırıblar. Payızda isə qışa görüş tapşırığı verəcəklər.

Proses elə belə də davam edəcək. O vaxta qədər ki, Rusiya, Fransa və ABŞ Əliyevlə Sarkisyanın nə vaxt nə harada Deyton razılaşmasına bənzər bir sənədi imzalaması barədə razılıq əldə edəcəklər. Aydınca görünür ki, nə Əliyev, nə də Sarkisyan o günün yaxında olmasını istəmir. İndiki vəziyyət onları qane edir”.


“168 jam” qəzetində Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyanın Qarabağ danışıqlarının indiki vəziyyətini şərh edir:

- “Əlbəttə, zaman-zaman həmsədrlər tərəflərdən hər hansı birindən narazılıq ifadə edirlər. Amma biz başqa tərəfdən, həmsədr ölkələrin münaqişənin nizamlanması üstündə hər hansı ortaq fikrə gələ bilməmərindən narahat olmalıyıq…

İstənilən hakimiyyət öz imzaladığı sənədlərə görə məsuliyyət daşıyır. Son 10 ildə biz Qarabağa Azərbaycanın tərkibində müxtariyyət nəzərdə tutuan Lissabon prinsiplərindən kənarlaşa bilmişik. Qarabağ danışıqlarında heç bir güzəştə getməmişik.”


“Hayots Ashkhar” qəzeti Ermənistan prezidenti yanında İctimai Şuranın üzvü Xosrov Harutunyandan müsahibə alıb. Müsahibəsində o, deyir: “Təəssüf ki, Qarabağ münaqişəsinin həlli 10 il əvvəl olduğu kimi hələ çox uzaqdadır.

Çünki böyük güclər, xüsusilə də Rusiya və ABŞ bu regionla bağlı problemlərini həll etməyiblər. Hələlik bu ölkələrin geosiyasi təsir dairələri tam aydınlaşmayıb”.


“Hraparak” qəzeti Qarabağ erməniulərinin lideri Bako Sahakyanın məsləhətçisi David Babayandan sitat gətirərək yazır:

“Məncə, Azərbaycan Madrid prinsipindən birinci əl çəkəcək. O, nəsə təklif edən yeganə prinsiplərdir. Amma bu, o demək deyil ki, Qarabağ həmin prinsipləri qəbul edir və problem sabah həll olunacaq”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG