Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

Qubada ölümlə nəticələnmiş qəza baş verib


Qubada baş vermiş yol qəzasında 2 adam ölüb,15 nəfərsə yaralanıb.

Qəza bu gün saat 11 radələrində Quba-Xınalıq yolunun 24 km-də baş verib.

Qazel markalı sərnişin avtobusu istirahət mərkəzinə gedərkən Qımız Qazma kəndi ərazisində yoldan çıxaraq həyətlərdən birində tikilmiş yardımçı binaya çırpılıb. Nəticədə 15 nəfər yaralanıb.

Quba rayon rayon xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyevin verdiyi məlumata görə, xəstəxanaya 14 yaralı gətirilib.

Yaralılardan 11-u uşaq, 4-ü isə isə böyükdür.

Quba rayon polis idarəsinin müstəntiqi Rövşən Turabov ANSPRESS-in müxbiri ilə söhbətdə yaralılardan 2-si-nin yolda keçindiyini deyib.

Hazırda qəzanın səbəbi araşdırılır.
XS
SM
MD
LG