Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:38

İranda üç tələbə həbs olunub


İranda üç tələbə həbs olunub. Digər üç tələbə isə axtarışdadır. Onlar İran hakimiyyəti əleyhinə təbliğat aparmaqda və qrup yaratmaqda ittiham olunurlar.

Bu barədə «Azadlıq» Radiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur məlumat verib.

Yaşar Həkkəkpur iddia edir ki, əksəri Təbriz Universitetinin tələbəsi olan bu gənclər əslində fikirlərinə görə həbs olunublar:

«Onlar hakimiyyətin vətəndaşla davranışı, azərbaycanlıların milli haqlarının pozulması və digər neqativ hallar barədə bloq yazıları yazırdılar».

Yaşar Həkkəkpur deyir ki, gənclər hələ ötən il 3 ay müddətinə saxlanmışdılar. Daha sonra məhkəmə onlar barədə 3 il (1 il dərhal həbs, qalan 2 il isə şərti cəza olmaqla) həbs qərarı çıxarıb. Tələbələrin vəkilləri məhkəmənin bu qərarından apellyasiya şikayəti veriblər. Apellyasiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bu müddət ərzində isə gənclər girov müqabilində azadlıqda olublar.

İndi isə polis gənclərdən üçünü həbs edib, üçünü isə axtarır.
XS
SM
MD
LG