Obama administrasiyası Gürcüstan rəsmilərinin narahatlığını azaldıb. Gürcüstanın Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Eka Tkeşelaşvili belə deyib.
Gələn həftə ABŞ-ın vitse prezidenti Co Bayden Tbilisiyə səfər edəcək. Gözlənilir ki, bu ayın əvvəlində Obamanın Rusiya prezidenti ilə görüşündən sonra Vaşinqton ciddi siqnallar verəcək.
Gürcüstanla Rusiya arasında ötən yay yaşanan münaqişədən sonra Moskva separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
E.Tkeşelaşvili deyib ki, Obamanın Rusiyada ikən Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi rəsmi Tbilisini sakitləşdirib.
O, eyni zamanda birgə hərbi-dəniz təlimindən əvvəl ABŞ gəmisinin Batumi limanına gətirilməsini də alqışlayıb. Bildirib ki, bu jest Moskvaya xəbərdarlıqdır ki, ABŞ Gürcüstanı müdafiə edir.
Gürcüstan sularında keçirilən təlimdə Birləşmiş Ştatların raket vuran qurğular daşıyan bir gəmisi və Gürcüstanın sahil mühavizə gəmiləri iştirak edir.