Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:00

Musəvi İranda yeni siyasi cəbhə yaratmaq istəyir


İran müxalifətinin lideri , prezidentliyə keçmiş namizəd Mirhüseyin Musəvi deyib ki, nümayişlərdə ölənlərin qanı hədər getməyəcək.

Musəvi bunu dünən axşam nümayişlərdən birində güllələnmiş Söhrab Ərəbinin ailəsiylə görüşərkən deyib.

Musəvinin köməkçisi Əlirza Behişti deyir ki, Musəvi yeni siyasi cəbhə yaratmaq fikrindədir.

Musavi İyunun 12-də keçirilmiş prezident seçkilərində əsas namizədlərdən biriydi.

Seçkilərdə indiki prezident Mahmud Əhmədinejadın qalib gəldiyi elan edildikdən sonra ölkədə kütləvi etiraz aksiyaları keçirildi.

Müxalifət nəticələrin saxtalaşdırıldığını deyir.
XS
SM
MD
LG