Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 02:58

Emin Millinin «Facebook» səhifəsi niyə bağlandı?


AN gənclər şəbəkəsinin həbsdəki həmtəsisçisi, gənc fəal Emin Millinin «Facebook»dakı hesabı bağlanıb. Emin Millinin «Facebook»da 3 mindən çox «dostu» var idi. Milli hər gün «dost»larına insan haqlarının pozulması, demokratiya problemləri ilə bağlı materiallar yayırdı.

«Facebook» səhifəsinin bağlanması ilə bağlı məlumatı «Azadlıq» Radiosuna Millinin xanımı Leyla Kərimli verib: «Emin tutulandan dörd gün sonra onun hesabına daxil oldum ki, dostlarına məlumat göndərim. Parolu bilirdim. Amma linki göndərə bilmədim, yazıldı ki, hesab yararsızdır».

Leyla Kərimli deyir ki, səhifənin bağlanmasının səbəbini bilmir, bu barədə «Facebook»a müraciət edib, amma hələ ki, cavab almayıb.

Gənc fəallar Emin Milli və Adnan Hacızadə barəsində məhkəmə iki aylıq həbs-qətimkan tədbiri seçib. Onlar xuliqanlıqda təqsirləndirilirlər.
XS
SM
MD
LG