Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Ermənistan müxalifəti Sarkisyanın istefasını tələb edir



Ermənistan müxalifəti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prossesi Ermınistan tərəfinin xeyrinə getmir.

Agentliklərin məlumatına görə prezident Serj Sarkisyanın istefasını tələb edən müxalifətdə olan Ermənistan Milli Konqresi onu böyük güzəştə getməkdə günahlandırır və bunu satqınçılıq hesab edir.

Müxalifət deyir ki, hazırda Dağlıq Qarabağın statusu və blokadanın götürülməsi müzakirə olunmur, bundan başqa referendum məsələsi gündəlikdən çıxarılıb.

Azərbaycan prezidenti İlham Əliyev dünən Londonda deyib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək və bunu gözləmək gülünc və sadəlövhlükdür.

Cümə günü Rusiyada Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir.

Vasitəçilər deyir ki, bu görüş 15 illik sülh prosesində yeni səhifə aça bilər.
XS
SM
MD
LG