Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:30

ABŞ səfirliyi güc strukturlarının bəyanatına təəccüblənib


Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu səfirlikləri istintaqa təzyiq etməkdə günahlandırır
ABŞ səfirliyi Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun bəyanatından təəccüblənib. Səfirliyin rəsmisi Dmitri Taraxovski «Azadlıq» radiosuna deyib ki, dövlət orqanlarının münasibəti onda təəccüb doğurur.

«Bizim verdiyimiz bəyanatın DİN-nin işinə müdaxilə olduğunu görmürəm. Mən təəccüblənirəm ki, onlar buna niyə belə baxır. Bəli, biz bu gənclərin həbsindən narahatıq. Biz burada səhv heç nə görmürük. Gənclərin həbsi ilə bağlı bizə rəsmi məlumatlara zidd olan məlumatlar daxil olub. Bəli bu doğrudur».

İyulun 11-də ABŞ səfirliyi Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, gənclər naməlum şəxslər tərəfindən basqına məruz qalıb, saxlanılıb və istintaqa cəlb ediliblər. Eyni zamanda, onlara hücum edənlər sərbəst buraxılıb. «Biz həmçinin polisin vəkilləri onların yanına buraxmamasından və adekvat tibbi yardım göstərməməsindən narahatıq».

Bəyanatda daha sonra deyilir: «Biz bu istiqamətdə işi davam etdirəcəyik və Azərbaycan hakimiyyətini Hacızadə və Millini zəruri hüquqi və tibbi yardımla təmin etməyə çağırırıq. Biz həmçinin hakimiyyəti öz vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırırıq».

ABŞ səfirliyinin rəsmisi Dmitri Taraxovski deyir ki, onlar bəyanatında Azərbaycan hökumətindən tələb yox, bu insanların hüquqlarına hörmət etməyə çağırıblar.

Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı iyulun 14-də birgə məlumat yayıb.

Məlumatda gənclərlə bağlı ölkədəki səfirlik və beynəlxalq təşkilatların bəyanatlarına etiraz edilir və bu, Azərbaycanın daxili işlərinə qarışma, həmçinin istintaqa təzyiq kimi qiymətləndirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG