Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:20

Vertolyot qəzası ilə bağlı komissiya yaradılıb


«Qəzaya uğramış təyyarə ilə bağlı axtarış xilasetmə işlərinə AZAL-ın 3 vertolyotu və iki Mİ-8 vertolyotu cəlb edilib. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinin iki vertolyotu qəza xilasetmə axtarış işlərində iştirak edirlər. Qəza ilə bağlı təhqiqat məqsədi ilə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbərliyi ilə komissiya yaradılıb»

Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZALl) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhərrəm Səfərli Azadlıq radiosuna belə deyib. Onun sözlərinə görə Azərbaycan Mülki Aviasiya struktur bölmələrinin mütəxəssisləri komissiyanın işinə cəlb edilib.

Məhərrəm Səfərli bildirib ki, qəza ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi başlamış və istintaq qrupu yaradılmışdır. Hazırda istintaq aparılır.

«Qəza xilasetmə axtarışı zamanı Mİ-8 vertolyotunun kapitanı Alik Əliyev, ikinci pilot Vitali Nekrasov və gəmi bort mexanik Adil Əzimov və neftçi Aydın Talıbov xilas edilib. Onların vəziyyəti qənaətbəxşdir. Neftçilərdən Viktor Maslavenko və Rafiq Nemətovun axtarışları davam edir. Onlar Azərbaycan vətəndaşlarıdır»

İyulun 12-də AZAL-ın neftçiləri daşıyan «Mi-8» helikopteri qəzaya uğrayıb. Qəza saat 16:30 radələrində Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında baş verib.

Qəzaya uğrayan helikopter «28 may» yatağındakı 4-cü özüldən havaya qalxıb və onun göyərtəsində 6 nəfər olub.
XS
SM
MD
LG