Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:11

«Sərhədsiz Reportyorlar» gəncləri təcili azad etməyə çağırır


Təşkilat qeyd edir ki, Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları tez-tez hücumlara və fiziki zorakılığa məruz qalır
«Sərhədsiz Reportyorlar» Təşkilatı Səbail rayon Məhkəməsinin iyulun 10-da Emin Milli və Adnan Hacızadə haqqında çıxardığı qərarı pisləyib. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 222.1 maddəsi ilə xuliqanlıqda ittiham olunur.

«Sərhədsiz Reportyorlar» deyir ki, «hakim Rauf Əhmədov işə təcili olaraq yenidən baxmalıdır, çünki onları 2 ay saxlamaq düzgün deyil».

Təşkilat hesab edir ki, bu hökumətin rəqiblərinə qarşı çıxardığı əsassız məhkəmə qərarlarındandır: «Onlara vəkili ilə görüşməyə icazə verilməyib və ittihamlar əsassızdır. Biz onların sağlamlıq durumuna görə narahatıq və onları təcili azad etməyə çağırırıq».

Təşkilat qeyd edir ki, Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları tez-tez hücumlara və fiziki zorakılığa məruz qalır.

Azərbaycan «Sərhədsiz Reportyorlar» Təşkilatının 2008-ci ildə «Azadlıq İndeksi» siyahısında 173 ölkə arasında 150-ci yeri tutub.

Gənclərin həbsi ilə bağlı şərhin varsa Forumda iştirak edə bilərsiniz

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG