Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:29

Gənclərin sərbəst buraxılma ehtimalı sıfıra bərabərdir


Vəkil İsaxan Aşurov
Vəkil İsaxan Aşurov
Emin Milli və Adnan Hacızadənin sərbəst buraxılma ehtimalı sıfıra bərabərdir. Gənc fəalların vəkillərindən biri İsaxan Aşurov «Azadlıq» radiosuna belə deyib.

Vəkil bildirib ki, o öz təcrübəsinə əsasən belə qənaətə gəlib. İddia edirlər ki, Emin Milli və Adnan Hacızadəni guya polis saxlayıb. Elə buna görə də gənclərin təqdim etdikləri şikayət ərizələri isə gizlədilir.

İsaxan Aşurov onu da bildirir ki, Emin Millinin ayağında şüşə qırıqları qalma ehtimalı var, eyni zamanda Adnan Hacızadənin burnunda çat və ya sınıq olmasına görə tibbi ekspertizadan keçirilməlidir. Amma polis buna imkan vermir.

Səbail Rayon Polis İdarəsinin qarşısında xeyli sayda gənc fəallar, jurnalistlər, ictimaiyyət fəalları toplaşıblar. Polis onlardan ərazidən uzaqlaşmağı tələb edib.

İyulun 10-da Britaniya, Almaniya, Amerika səfirliklərinin nümayəndələri həbs edilmiş gənclər hərəkatı fəallarının vəziyyəti ilə maraqlanmaq üçün Səbail Rayon Polis İdarəsinə gəliblər.

Emin Milli və Adnan Hacızadəyə hücum etdiyi bildirilən şəxslər 1983-cü il təvəllüdlü, Füzuli rayonundan olan Babək Hüseynov və 1984-cü il təvəllüdlü, Ağdam rayonundan olan Vüsal Məmmədovdur.

Bu gün keçiriləcək məhkəmədə gənclərin sərbəst buraxılması və ya barələrində həbs-qətimkan tədbirinin seçilməsi aydın olacaq.

Gənclərin həbsi ilə bağlı şərhiniz varsa Forumda iştirak edə bilərsiniz

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG