Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:28

Şirin Ebadi ilə işləyən şəxs həbs olunub


İran hökuməti tanınmış insan haqları müdafiəçisi,Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi ilə işləyən şəxsi həbs edib. Məhəmməd Əli Dadxah iyulun 8-də tutulub.

İnsan haqları fəalları bildirib ki, iyunun 12-də keçirilən prezident seçkilərindən sonra İranda təxminən 2 min nəfər həbs olunub. Tutulanlar arasında islahatçılar, akademik, jurnalist və tələbələr də var.

Prezident seçkilərində Mahmud Əmədinejatın qalibiyyəti elan olunandan sonra prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşmalar baş verdi.
XS
SM
MD
LG