Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:56

Moskvayla Vaşinqton 8 sənəd imzalayıb


Moskvada ABŞ və Rusiya prezidentlərinin görüşü sona yetib.

Görüşün sonunda strateji hücum silahlarının ixtisarıyla bağlı bəyanamə də daxil olmaqla 8 sənəd imzalanıb.

Agentliklərin məlumatına görə bəyannamədə nüvə başlıqlarının təxminən 2 dəfə ixtisarı, 1500-1675-ə endirilməsi, onların daşıyıcılarının isə 1600-dən 500- 1100-ə endirilməsi nəzərdə tutulur.

Bundan başqa Moskva Əfqanıstandakı kolaisiya qüvvələrini silahla təmin etmək üçün Birləşmiş Ştatların onun hava məkanından istifadə etməsinə icazə verib, müvafiq sənəd imzalanıb.

Görüşdən sonra liderlər birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab veriblər.
XS
SM
MD
LG