Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 04:01

Kütləvi iğtişaşlarda 4 nəfər həlak olub


Çinin rəsmi Sinhua agentliyi deyir ki, Sinzian regionunda baş verən iğtişaşlara son qoyulub. İyulun 5-i bu regionda yaranan nizamsızlıqda 4 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Verilən məlumata görə Urumçi şəhərində kütləvi çixişlar olub. Nümayişçilər yoldan ötənlərə hücum edib, maşınları yandırıblar. Çin rəsmilərinin verdiyi məlumata görə hadisələri uyğur ekstremistləri törədiblər.

Sinzian regionunda gərginlik uzun müddət idi ki, mövcud idi. ABŞ Dövlət Departamentinin son hesabatında da bu regionda Çin hökumətinin etnik və dini haqlarını pozduğu qeyd olunub.
XS
SM
MD
LG