Keçid linkləri

Təcili xəbərlər
2023, 09 İyun, Cümə, Bakı vaxtı 01:52

Çeçen polisinə hücum eləmiş yaraqlılar meşədə mühasirəyə düşüblər


İnquşetiya və Çeçenistan Daxili İşlər Nazirliklərinin əməkdaşları bu günlərdə polisə hücum eləmiş yaraqlılara qarşı xüsusi əməliyyat aparırlar.

20-ə yaxın yaraqlı dünəndən Çeçenistanın Bamut kəndi yaxınlığındakı meşəlikdə mühasirəyə düşüb.

Onların mövqeləri minaatanlardan atəşə tutulub.

Hazırda polislər yaraqlıları ələ keçirməyə cəhd edirlər.

Yraqlılar dünən İnquşetiya ərazisində Çeçen polislərini aparan maşın karvanına hücum edərək 9 polisi öldürüb, 10-nu isə yaralayıblar.
XS
SM
MD
LG