Keçid linkləri

2025, 30 May, Cümə, Bakı vaxtı 16:29

Amerika ordusu İraqdan çıxmaqda qərarlıdı


Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden deyib ki, Vaşinqton 2011-ci ilədək ordunu İraqdan çıxaracaq və bunda qərarlıdır.

Bayden qeyd edib ki,əsas döyüş qüvvələri gələn yayadək İraqı tərk edəcək , bundan sonra-2011-ci ilədəksə bütün qüvvələr İraqdan çıxarılacaq.

Co Bayden bundan əvvəl İraq liderlərini ölkədəki etnik, dini və siyasi qruplar arasında barışığa nail olmaq üçün səyləri artırmağa çağırıb.

O dünən Bağdadda İraq liderləri və Amerika komandanlığının nümayəndələrilə görüşüb, ölkədəki vəziyyət müzakirə edib.
XS
SM
MD
LG