Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Sentyabr, çərşənbə, Bakı vaxtı 06:48

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Qarabağa səfər ediblər


Qarabağa və Ermənistana gedən Azərbaycan ziyalılarının mətbuat konfransı, Bakı, 29 iyun 2007
Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri - Polad Bülbüloğlu və Armen Sumbatyan, eləcə də mədəniyyət və kinemotoqrafiya üzrə Rusiya Federal Agentliyinin rəhbəri Mixail Şvidkoy ilə birgə Qarabağa səfər ediblər.

İyulun 3-də səhər saatlarında Tərtər rayonunun Şıxarx kəndi ərazisindən işğal altında olan Azərbaycan ərazilərinə keçiblər. Onların Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyanla görüşləri nəzərdə tutulub. Daha sonra diplomatlar jurnalistlər üçün brifinq keçirəcəklər.

Məlumatı Azərbaycan və Ermənistanın xəbər agentlikləri yayıb.

İlk dəfə 2007-ci il iyunun 28-də Azərbaycan və Ermənistan ziyalılarından ibarət qrup Xankəndi, İrəvan və Bakıya səfər etmişdi.

Həmçinin bax

Polad Bülbüloğlunun mətbuat konfransında qalmaqal oldu
Polad Bülbüloğlu Şuşaya səfər edib
XS
SM
MD
LG