Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

BMT baş katibi Myanmaya gedib


BMT Baş katibi Ban Ki Mun xüsusi missiya ilə Myanmaya gedib. Səfərin məqsədi Myanmanın hərbi hökumətini siyasi məhbusları, o cümlədən müxalifətçi lider Aunq San Su Kinin azadlığıa buraxılmasına inandırmaqdır.

Onun hərbi xuntanın lideri general San Şve ilə danışıqlar aparacağı gözlənilir. Ancaq hələ ki, bilinmir həbsdəki müxalifət lideri, Nobel Sülh mükafatı laureatı ilə ona görüş imkanı yaradılacaq ya yox.

Müxalifətçi Aunq San Su Kin son 20 ilini ev dustaqlığında keçirib.

İnsan haqları müdafiəçiləri hesab edir ki, BMT baş katibinin Myanmaya səfəri uğrusuz alına bilər, əgər o, 64 yaşlı Su Kini azadlığına nail olmasa.

Ban Ki Mun «çətin» missiya ilə üzləşdiyini özü də etiraf edib.
XS
SM
MD
LG