Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:44

İspan polisi yeddi ton həşiş saxlayan 17 adamı həbs edib


Polisin iyulun 2-də verdiyi məlumata görə yanvar ayından bəri ölkənin cənub ərazilərində narkotik maddələrə qarşı əməliyyatlar aparırılır.

İlin əvvəlində səkkiz adam tutulub. Onlardan 5.5 ton həşiş götürülüb.

Ötən ay isə doqquz adam həbs olunub. Onlardan da 1.3 ton həşiş aşkar edilib. Hər iki halda həşiş dənizdə kiçik gəmilərdə tutulub.

Tutulanların hamısı ispandır.
XS
SM
MD
LG