Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:01

ATƏT sədri Bakıya öhdəliklərini xatırlatdı


“Açıq dialoq, sağlam vətəndaş cəmiyyəti və azad media demokratiya üçün həlledici amillər və ATƏT-ə üzv ölkələrin əsas öhdəlikləridir”. ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın Xarici İşlər Naziri Dora Bakoyanninin Bakıya səfrdən öncə, Azərbaycan mətbuatına təqdim elədiyi məqalədə belə deyilir.

Daxili məsələlərə toxunan Bakoyanni rəsmi Bakını “KİV üçün hüquqi mühiti təkmilləşdirmək üçün ATƏT-lə əməkdaşlıq etməyə, habelə QHT-lər haqqında qanunun beynəlxalq standartlara uyğunluğuna zəmanət verməyə” çağırıb.

Məqalədə həmçinin qeyd olunur ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələr ATƏT-i narahat edir. Bakoyanni hər iki tərəfi atəşkəs haqda müqaviləyə tam riayət etməyə, habelə, həmsədrlərin təklif etdiyi kimi, snayperləri təmas xəttindən geri çəkməyə çağırır.
XS
SM
MD
LG