Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 16:14

Azərbaycan və Rusiya qaz sazişi imzaladı


İlham Əliyevlə Dmitri Medvedevin görüşü - Bakı, 29 iyun 2009
İlham Əliyevlə Dmitri Medvedevin görüşü - Bakı, 29 iyun 2009
Azərbaycan və Rusiya «Şahdəniz» yatağı qazının Rusiyaya satılmasının əsas şərtləri haqda saziş imzalayıblar.

Bakıda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev iki ölkənin əməkdaşlığını «yeni formatlı əməkdaşlıq», Azərbaycan-Rusiya münasibətlərini «strateji münasibətlər» adlandırıb.

Rusiya 2010-cu ildən «Şahdəniz» yatağından qaz almağa başlamalıdır.

Səfər zamanı Qarabağ probleminin də müzakirə olunacağı gözlənilir.

Medvedevin səfəri zamanı iki ölkə arasında ticarət və biznes əməkdaşlığını gücləndirmək də müzakirə mövzusu olacaq.

Hazırda Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsi ildə 2 milyard 400 milyon dollardır. Keçən il ticarət dövriyyəsi 40 faiz artıb.
XS
SM
MD
LG