Keçid linkləri

2017, 24 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:39
İyunun 29-da Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana səfərə gəlir.

Səfər zamanı iki ölkə arasında ticarət, iqtisadi, yanacaq-energetika sahəsində əlaqələr müzakirə olunacaq. Dmitri Medvedevin səfəri zamanı qaz sahəsində konkret layihələr və perspektiv planların müzakirəsi də nəzərdə tutulur.

«RİA Novosti» xəbər verir ki, «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Miller səfər zamanı «Şahdəniz» yatağından hasil olunacaq təbii qazın Rusiyaya satılması barədə sazişin imzalanacağına ümid etdiklərini deyib.

Məlumata görə, Dmitri Medvedev və İlham Əliyev arasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları da müzakirə olunacaq.

İyunun 29-dan Rusiyada Azərbaycan Mədəniyyət Günləri başlayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG