Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:42

Şimon Peres İlham Əliyevlə görüşüb


Prezidentlərin təkbətək görüşü
Prezidentlərin təkbətək görüşü
İsrail prezidenti Şimon Peres iyunun 28-də Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Hava Limanında prezidenti baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.

Şimon Peres azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüşüb. O, azərbaycanlı həmkarı ilə görüşdə bildirib: «Bizə demişdilər Bakıda hava çox isti olacaq amma gördük ki, hava o qədər də isti deyil. Bizə göstərdiyiniz hərarətli qəbula görə minnətdarıq. Biz bir çox məsələləri müzakirə etdik».

Rəsmi açıqlamaya görə, görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.
İsrail prezidentini baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb


Prezidentlərin görüşündən sonra iki ölkə arasında sənədlər imzalanıb. İmzalanan sənədlər ölkələr arasında mədəniyyət, təhsil və elm, həmçinin informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığı əhatə edir.

İki günlük səfəri çərçivəsində Şimon Peres həm də baş nazir Artur Rasizadə ilə də görüşəcək və Azərbaycan-İsrail biznes forumuna qatılacaq.

İsrail prezidentinin Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşü də nəzərdə tutulub.

Bu İsrail prezidentinin regiona ilk səfəridir və o, Azərbaycandan sonra Qazaxıstana gedəcək.
XS
SM
MD
LG