ABŞ-ın Avropa və Afrika ölkələri üzrə Dəniz Piyada Qüvvələrinin komandanı, general-mayor Treysi Qaret Azərbaycana gəlib.
Bu barədə «Azadlıq» radiosuna ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Dimitri Taraxovski deyib. Onun sözlərinə görə bu səfərdə məqsəd ikitərəfli hərbi əməkdaşlığı müzakirə etməkdir.
Səfirlikdən verilən məlumatda isə bildirilir ki, Treysi Qaret artıq Müdafiə nazirinin müavini Çingiz Məmmədovla görüşüb. Azərbaycana 2 günlük səfərə gələn generalın sülhməramlı batalyonda da görüşü gözlənilir.