Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Türkmənistanda prezidentin ad günü şənlikləri başlayır


Türkmənistanda bu gün Prezident Qurbanqulu Berdımuhammedovun ad günü münasibətiylə şənliklərə başlayıblar. Berdımuhammedovun ad günü iyunun 29-da olacaq. Prezidentin 52 yaşı həmin gün tamam olur. Amma TÜrkmən mediası artıq bir həftə qalmışdan ölkə əhalisini prezidentin ad günü şənliklərində iştiraka çağırıb.

Ad günü mərasimləri çərçivəsində prezidentin “İnkişafın yenii zirvələrinə doğru” kitabının təqdimatı keçiriləcək, Dövlət muzeyinin prezidentə həsr olunan korpusunun açılışı olacaq, parlament isə “prezident Qurbanqulu Berdımuhammedov və Yeni İntibah Dövründəki Böyük dəyişikliklər” mövzusunda növbədənkənar sessiya keçirəcək.

Ölkədə həmçinin bir həftə ərzində pulsuz konsertlər və şouların da təşkil olunacağı bildirilib.
XS
SM
MD
LG