Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

İstənilən aksiyanın sərtliklə dağıdılacağıyla bağlı xəbərdarlıq edildi


Iranın İnqilab Keşiçkiləri Korpusu xəbərdarlıq eləyib ki, müxalifətin istənilən növbəti etiraz aksiyasını dağıdacaqlar. Iranın ən güclü hərbi qüvvəsi olan İnqilab Keçiçkiləri Korpusunun saytında yerləşdirdiyi bəyanatda bildirilir ki, müxalifət tərəfdarları sabotaj və zorakı hərəkətlərinə son qyomalıdırlar. Əks halda etirazçılar küçələrə çıxacağı halda “inqilab əleyhdarlarına layiq şəkildə İnqilab Keşikçiləri, Bəsic və dövlətin başqa hərbi və xüsusi xidmət orqanları tərəfindən cəzalandırılacaqlar.

Iran müxalifətinin lideri Mir Hüseyn Musəvi bazar günü keçirilən aksiyalarda da tərəfdarlarını etirazlara davam etməyə çağırmışdı. İyunun 22-də də Tehran və başqa şəhərlərdə növbəti etirazlar gözlənilir.
XS
SM
MD
LG