Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:33

Döydüyü arvadına hər həftə bir gül gətirməli oldu


Türkiyədə Diyarbəkir vilayətində arvadını döyən kişi məhkəməyə çıxarılıb. 7 uşaq atası olan Hayrettin Çetintaş iki arvadı olduğunu deyib. Onun bildirdiyinə görə arvadlarından birini mülki yolla, birini isə kəbin qaydası ilə alıb. İndi birinci arvadı ona başqa ev tutmağını istəyir.

Kişi qapıçı işlədiyini deyən kişi bildirib ki, ola bilər həmin bu tələblərdən bezdiyindən arvadını və uşağını döyüb.

Hayrettin Çetintaş məhkəmədə daha sonra bunları bildirib: “İlk arvadımın ad gününü, evləndiyimiz günü yadda saxlamıram. Bugünə qədər ona bir çiçək də almamışam”.

Bunu eşidən hakim arvadına hər həftə bir gül almaq şərtilə Hayrettin Çetintaşa şərti cəza verib.

10 yaşlı oğlunu döydüyü üçün də Hayrettin Çetintaşa görünməmiş cəza kəsib. Məhkəmənin qərarı ilə o, hər ay bir kitab olmaqla ailə əlaqələri və uşağın tərbiyəsinə dair beş kitab oxumalıdır.

Xəbəri CNN Türk televiziyası yayıb.
XS
SM
MD
LG