Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:26

Ayatolla Ruhulla Xomeyninin məqbərəsi ətrafında partlayış törədilib



Tehranda İran İslam İnqilabının lideri Ayatolla Ruhulla Komeyninin məqbərəsi ətrafında partlayış törədilib.

Nəticədə partlayışı törədən intiharçı ölüb, bir nəfərsə yaralanıb.

Məlumatı rəsmi dairələrə yaxın “ Mehr” xəbərlər agentliyi yayıb.

Bundan əvvəl Polislə nümayişçilər arasında toqquşma olub, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz, su və dəyənəklərdən istifadə edib.

İyunun 12-də keçirilmiş seçkilərin saxtalaşdırıldığını deyən nümayişçilər, təkrar seçki keçirilməsini tələb edirlər.

Radio Fərda şahidlərə istinadla xəbər verir ki, Tehran Universiteti də daxil olmaqla bu gün şəhərin 3 yerində nümayişə minlərlə adam çıxıb.

Polis və hərbiçilər kütləni təcrid eləməyə çalışırlar.

İranın Ali Şurası bu gün müxalifət liderlərinə xəbərdarlıq edib ki, istənilən icazəsiz aksiyaya görə məsuliyyət daşıyacaqlar.

Məlumatlara görə həmçinin Rəşt və İsfahan şəhərlərinə polis qüvələri çıxarılıb.
XS
SM
MD
LG