Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:27

İyunun 20-si Ümumdünya Qaçqınlar Günüdür


İyunun 20-də hər il Ümumdünya Qaçqınlar Günü qeyd olunur.
Bu münaqişə və ya təqib səbəbindən digər ölkələrə pənah aparmış, yaxud öz ölkələri hüdudlarında didərgin düşmüş və çoxusu uzun müddət köçkünlük həyatı yaşamış insanları xatırlanan gündür.

Hazırda dünya üzrə qaçqınların sayı 42 milyondur.

Onlardan 6 milyonu, əksəriyyəti beş il yaxud daha uzun müddət düşərgələrdə mühacirət həyatı sürən qaçqınlardır. Beş ildən artıq davam edən vəziyyət humanitar sahədə çalışanların dili ilə «uzanan qaçqın vəziyyəti» adlanır. Lakin bu üzücü didərginlik situasiyaları indiyədək dünya qaçqınlarının sayına daxil edilməyən, öz ölkəsi hüdudlarında məcburi köçkün düşmüş insanlara şamil edilmir.

Onların da çoxusu, bəzən on illərlə öz yurdlarına qayıda bilmirlər.

Təkcə Azərbaycanda 700 min nəfərədək məcburi köçkün 15 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də Dağlıq Qarabağ və ətraf ərazilərdəki yurdlarına qayıda bilmir.
XS
SM
MD
LG