Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:00

Altı beynəlxalq təşkilat Yaşar Əliyevə məktub ünvanlayıb


Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev
«Azərbaycan hökumətinin qanuna düzəlişlə bağlı etdiyi təkliflər, xüsusilə də QHT-lərlə bağlı etdiyi təklif vətəndaş cəmiyyətinin inkişafında əldə edilən nailiyyəti təhlükə altına alır. Ölkədə gedən demokratik proseslər müstəqil və davamlı qeyri-hökumət təşkilatının da fəaliyyət göstərdiyi güclü vətəndaş cəmiyyəti tələb edir. Əgər QHT-lərlə bağlı qanun qəbul edilərsə, bu, həmin təşkilatların fəaliyyətinə, əsasən də xarici QHT-lərin nümayəndəliklərinə mənfi təsir edəcək. Bu xarici və beynəlxalq təşkilatların Azərbaycana əvəzsiz yardımına son qoymaq və vətəndaş cəmiyyətinin inkişafını təhlükəyə salmaq demək olardı».

Bir sıra beynəlxalq təşkilatların Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevə ünvanladığı məktubda belə deyilir.

ABŞ-da yerləşən və bölgədə fəaliyyət göstərən bir neçə beynəlxalq təşkilat Vaşinqtonda dəyirmi masa keçirərək Azərbaycandakı QHT qanununa təklif olunan dəyişiklikləri müzakirə ediblər.

Daha sonra altı təşkilat birgə məktub imzalayıb Azərbaycanın Vaşinqtondakı səfirinə göndəriblər. Bu təşkilatlar IREX, Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, NED, «Freedom House» və Açıq Cəmiyyət Siyasət Mərkəzidir.

Məktubda deyilir ki, təklif olunan layihə qəbul edilərsə, son 10 ildə əldə olunmuş vətəndaş cəmiyyətindəki inkişafı təhlükə altına atır:

«Biz bilirik ki, parlament iyunun 19-u növbədənkənar iclasında bu qanun layihəsini səsə qoymalıdır. Azərbaycan vətəndaşları ilə dialoq aparmadan bu layihəyə səs vermək səhv addım olardı. Bu qanun layihəsi əsas demokratik prinsipləri və vətəndaş cəmiyyətinin inkişafına təsir edə biləcək hökumət siyasətini təkzib edir. Həmçinin QHT-lərin müstəqilliyini məhdudlaşdırır, əsas siyasi və iqtisadi fəaliyyəti qadağan etmə təhlükəsi yaradır, xarici QHT-lərə qarşı ayrı-seçkilik formalaşdırır».

Təklif olunan layihə səhv addım kimi qiymətləndirilir və Azərbaycan hökumətindən bu addımı atmaqdan əvvəl vətəndaş cəmiyyəti ilə dialoqa girmək təklif olunur. Məktubda o da vurğulanır ki, qanuna təklif olunan dəyişikliklər bir sıra beynəlxalq konvensiyalara, Azərbaycan qanunlarına və fundamental demokratik prinsiplərə ziddir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG