Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:14

Keçmiş nazir evində ölü tapılıb


Tacikistanın rəsmiləri keçmiş Daxili İşlər naziri Mahmadnazar Solihovun özünü öldürdüyünü bildirirlər. Rəsmi məlumata görə dünən axşam hüquq-mühafizə orqanlarının əməkdaşları onu həbs etmək üçün evinə gediblər. Amma evdə onun özünü tapanca ilə öldürdüyünü görüblər.

Amma ailəsi keçmiş naziri onun evinə gələnlərin öldürdüklərini bildirir.

Keçmiş nazir vəzifəsindən sui-istifadə etməkdə və daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitinin qətli ilə bağlı dindirmələrə gəlməkdən imtina etməkdə suçlu bilinirdi.

Mahmadnazar Salihov bu ilin yanvarında vəzifəsindən azad edilib. Bundan əvvəl o, Tacikistanda prezident administrasiyasının rəhbəri və baş prokuror olub.
XS
SM
MD
LG