Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

ABŞ prezidenti İrandakı vəziyyətdən narahatdır


ABŞ prezidenti Barak Obama İrandakı vəziyyətdən narahat olduğunu bildirib.

İranda iyunun 15-i baş verən nümayişlərdə 7 nəfərin öldüyü haqqında məlumat verilir. Xeyli yaralı var. Obamanın çıxışı zamanı isə hələ bir nəfərin həlak olması ilə bağlı məlumat vardı.
Obama deyib ki, ölkə rəhbərinin seçilməsi İranın daxili işidir. Lakin nümayişlər zamanı qan axıdılması xəbərindən sonra susmaq düzgün olmazdı.

Iyunun 15-i Tehranda prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin 100 minlərlə tərəfdarı 12 iyun prezident seçkisinin nəticəsinə etiraz olaraq icazəsiz mitinq keçiriblər.
XS
SM
MD
LG