«Aprel ayında Türkiyə və Ermənistanın «yol xətirəsi» ilə bağlı əldə etdiyi anlaşma Azərbaycanla Türkiyə arasında narazılığa səbəb oldu. Buna, habelə Avropanın «Nabukko» layihəsinə olan marağının səngiməsinə cavab olaraq Azərbaycan indi daha çox Rusiyameylli görünür. Daha doğrusu, Rusiyanın ondan təbii qaz almaq təkliflərinə daha həssasdır. Bu da «Nabukko» layihəsi üçün əlverişli deyil. Belə görünür ki, Azərbaycan Ermənistanla olan münaqişədə özünə dəstək qazanmaq məqsədilə Rusiya ilə enerji münasibətlərinə əhəmiyyət verir».
«Economic İntelligent Unit»in Azərbaycanla bağlı yeni hesabatında belə deyilir.
Hesabatda yazıldığına görə, Azərbaycan Rusiyadan Dağlıq Qarabağla bağlı hansısa dəstək almada da çətinlik çəkə bilər. Lakin bütün qazı Rusiyaya satması hədəsi ilə Azərbaycan Türkiyəyə təsir etməyə çalışır və istəyir ki, Xəzər dənizindən çıxan qazın Avropaya ötürülməsində əsas tranzit ölkə olsun. Bu yolla Azərbaycan əmin olmaq istəyir ki, Türkiyə Dağlıq Qarabağla bağlı onu dəstəkləməkdən elə də uzaqlaşmayıb.
Hesabatda yaxın illər üçün Azərbaycanda siyasi vəziyyətlə bağlı proqnoz da verilib. Sənəddə deyilir ki, ölkənin yaxın illər üçün gözlənilən zəifləmiş daxili iqtisadi mühiti göstərəcək ki, İlham Əliyevin ikinci prezidentlik müddəti daha çox sınayıcı olacaq, nəinki birinci müddət. Neftlə bağlı xarici mübadilənin kəskin enəcəyi gözlənilir. Bu da onun siyasi elitadan dəstək almaq üçün hamilik etdiyi şəbəkıni laxladacaq. İqtisadiyyat zəiflədikcə də ölkədaxili siyasi qarşıdurma artacaq və anlaşılmaz siyasi mühit yaranacaq.
Hesabatda deyilir ki, Əliyev hakimiyyətindən narazılığın artacağı gözlənilir. Bu da siyasi qurum üzvlərini qaçırda bilər. Sənaye şəhərlərində artan işsizlik isə böyük hərc-mərcliyə gətirib çıxara bilər. Hakimiyyət böyük təkandan ehtiyat edərək bir çox nümayişlərin baş tutmasına imkan verməyəcək.
«Economist Intelligence Unit» Əliyev və onun tərəfdarlarının bu vəziyyəti zor gücünə idarə edəcəyini gözləyir.
Hesabatda bildirilir ki, yaxın illərdə Azərbaycan xarici siysətdəki istiqamətini çətinliklə balanslaşdıracaq. Buna səbəb də 2008-ci ildə Gürcüstan və Rusiya arasında baş verən münaqişə, Türkiyənin Ermənistanla yaxınlaşması və Qərbin Azərbaycanın enerji resurslarına artan marağıdır. İndiyə qədər hakimiyyət kifayət qədər ehtiyatlı və diplomatik addım atmışdı və Qərblə daha sıx münasibətlər qurmağa çalışırdı. İndi isə ikitərəfli təzyiq altındadır. Qərb onu enerji layihələrinə imza atmağa sövq edir, Moskva isə Rusiya-Azərbaycan münasibətləri naminə bunu etməməyə çağırır.
Hesabatda bildirilir ki, dünya iqtisadi böhranı Azərbaycanda neftin qiymətinin düşməsi ilə hiss olunur. Kommersiya bankları xaricdə kapital qoyuluşu ilə bağlı və yerli təşkilatlar üçün kredit verilməsi çətinliyini hələ bir müddət yaşayacaqlar. Zəifləmiş iqtisadi artım və neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərini azaldacaq. Belə olan halda hökumət büdcə kəsirini hansı yollasa düzəltməli olacaq, sosial xərcləri artıracaq və infrastruktur layihələrini maliyyələşdirməkdə davam edəcək. Eeffektiv instrumentin olmamasi da bu siyasəti aparma məcburiyyəti yaradacaq. Ölkədə biznes mühiti mürəkkəb olaraq qalacaq və bu da korrupsiyaya daha çox yol açacaq. Bir çox sahələrdə rəsmi və qeyri-rəsmi inhisarçılıq da qalacaq. Bütün bunlarla və daha etibarsız qlobal mühitlə əlaqədər olaraq da hakimiyyətin qeyri-neft sektoruna sərmayəni artırma niyyəti boşa çıxacaq.