Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:51

Yəməndə 3 qadın cəsədi tapılıb


Yəmənin şimalında 3 qadının cəsədi tapılıb. Rəsmilərin və tayfa liderlərinin verdiyi məlumata görə, Saada şəhəri yaxınlığında tapılan qadınların güllələndiyi ehtimal olunur. Ötən həftə bu ərazidə Almaniya, Britaniya və Koreya vətəndaşlarından ibarət 9 nəfərlik qrup qaçırılmışdı. İndi bu qadınların həmin qrupa aid olub-olmadığı da dəqişləşdirilir.

Müxtəlif məlumatlara görə, qaçırılan girovlardan 7-sinin bu gün cəsədi tapılıb. Amma hələ ki, rəsmilər bu xəbəri təsdiqləmirlər.
Yəməndə xarici turistlərin və ya işçilərin qaçırılması halları geniş yayılsa da, adətən bu cür hallar kimsənin sağlamlığına zərər gləmdənə həll olunurdu.
XS
SM
MD
LG