Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Iranda 170 nəfər saxlanıb


Iran polisi iyunun 14-də yenidən Tehranda etiraz aksiyası keçirmək istəyən bir qrup adamı dağıtmaq üçün gözüyaşardan qazdan istifadə edib. Prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvinin tərəfdarları prezident seçkisinin rəsmi nəticəsinə etiraz etməki istəyiblər.

200 nəfər yaxın aksiya iştirakçısı polisi daşa basıb. Gözyaşardan qaz işlədən polis yaxınlıqdakı dükanlara da girərək orada gizlənən etirazçıları sürüyüb çıxarıb.

Tehran polisinin müavini bildirib ki, iyunun 13-də baş verən polislə toqquşmaya görə 170-ə yaxın adam saxlanıb. Onun bildirdiyinə görə seçkidən dərhal sonra baş verən etirazları təşkil etmək ittihamı ilə 10 nəfər həbs edilib, amma qalanlar azad ediləcəklər.

Rəsmi məlumata görə, iyunun 12-də keçirilən prezident seçkisində Mahmud Əhmədinejat 62% səs toplayaraq yenidən prezident seçilib. Onun əsas rəqibi olmuş Mirhüseyn Musəvinin isə 34% səs aldığı bildirlir. Amma Musəvi bu nəticəni qəbul etmir.
XS
SM
MD
LG