Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

«ABŞ tezliklərin qaytarılmasında olduqca maraqlıdır»


Filip Qordon bundan əvvəl Ermənistan və Gürcüstanda olub
Filip Qordon bundan əvvəl Ermənistan və Gürcüstanda olub
«Demokratiya məsələsi Azərbaycan rəsmiləri ilə keçirəcəyim görüşlərdə danışıqların mərkəzində dayanacaq».

Bu sözləri Bakıda jurnalistlərə açıqlama verən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon deyib.

Cənab Qordon «Azadlıq» radiosunun Azərbaycandakı xarici radioların yayımı ilə bağlı yaranmış problem haqda sualına cavab verərkən deyib ki, ABŞ tezliklərin qaytarılmasında olduqca maraqlıdır:

«Bu məsələ rəsmi Bakı təmsilçilərilə müzakirə edəcəyim əsas mövzulardan olacaq. Düşünürəm ki, qarşılıqlı əməkdaşlıq problemin çözümünə gətirib çıxara bilər».

F.Qordon bildirib ki, onlar məsələ ilə bağlı Azərbaycan tərəfə konkret təkliflər veriblər:

«Vaşinqton hər hansı alternativ variantlara ehtiyac duymur. Biz danışıqları irəli apararaq məsələnin çözümünü gözləyirik».

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon regiona səfəri çərçivəsində Bakıya iyunun 11-də gəlib. Bundan əvvəl o Ermənistan və Gürcüstanda olub.
XS
SM
MD
LG