Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 19:07

Filip Qordonun Azərbaycana səfəri başlayır


Dövlət katibinin köməkçisi qismində F.Qordon regiona ilk səfərini edir
Dövlət katibinin köməkçisi qismində F.Qordon regiona ilk səfərini edir
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Cənubi Qafqaza üçgünlük səfəri çərçivəsində iyunun 11-də Azərbaycanda olacaq.

Cənab Qordon Bakıda keçirəcəyi görüşlərdə ABŞ-la Azərbaycan arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq, Dağlıq-Qarabağ münaqişəsinin sülh yoluyla həlli istiqamətində Obama administrasiyasının iştirakı problemlərinin də gündəmə gələcəyi bildirilir.

Dövlət katibinin köməkçisi qismində F.Qordon regiona ilk səfərini edir. Bundan əvvəl o Ermənistan və Gürcüstanda olub.
XS
SM
MD
LG