Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 09:15

Təyyarə qəzasından qurtuldular, maşın qəzasında öldülər

İyunun 1-də Air France şirkətinin Atlantik okeanı üzərində qəzaya uğrayan təyyarəsinə gecikərək sağ qalan iki sərnişin avtomobil qəzasında həlak olub. (Mayak, İTAR-TASS)

Alman əsilli iki İtaliya vətəndaşı – təqaüdçülər İohanna və Kurt Qantaler cütlüyü Rio de Jeneyro-Paris reysinə cəmi bir neçə dəqiqə gecikmişdilər.

Onlar Avropaya Paris yox, Münxen reysilə qayıdıblar - iyunun 9-da Münxendən İtaliyanın Brennero şəhərinə gedən yolda qəzaya düşüblər.

Cütlük maşını kirayəyə götürübmüş. Maşın naməlum səbəblərdən yoldan çıxaraq qarşı zolağa çıxıb və yük maşını ilə toqquşub.
XS
SM
MD
LG