Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Tehranda izdihamlı seçki mitinqləri keçirilir


İrandakı prezident seçkilərinə bir neçə gün qalmış paytaxt Tehranın küçələrində əsas namizədlər izdihamlı mitinqlə keçiriblər.

Mühavizəkarların namizədi, indiki president Mahmud Əhmədinejat tərəfdarları Tehranın ən iri məscidində toplaşıb. Əhmədinejatın toplaşanların qarşısında çıxış eləməsi gözlənilirdi, amma toplaşanların sayının çox olması üzündən basabas düşməməsi üçün prezident bu fikrindən vaz keçməli olub.

Islahatçıların namizədi Mir Hüseyn Musəvinin 10 minlərlə tərəfdarı isə Tehran küçələrində əl-ələ tutub, canlı zəncir düzəldiblər.
XS
SM
MD
LG