Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:01

«İsrail prezidentinin Azərbaycana səfərinin İrana heç bir dəxli yoxdur»


Bunu İsrailin Azərbaycandakı səfiri Artur Lenk iyunun 5-də jurnalistlərə açıqlamasında bildirib.

İran rəsmiləri bəyan ediblər ki, İsrail prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə təsir göstərəcək.

Bundan əvvəl Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da bəyan edib ki, İranın Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur.

İsrail prezidenti Şimon Peres iyunun sonlarında Azərbaycana gələcək. Səfər zamanı dövlət başçısını İsrail iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.
XS
SM
MD
LG