Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

«Şahdəniz» yatağında hətta 3-cü platformanın qurulmasının tərəfdarıyam»


«Şahdəniz» yatağında nəinki 2-ci, hətta 3-cü platformanın qurulmasının tərəfdarıyam».

Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. O bildirib ki, əlavə platformaların qurulması vəsait tələb etsə də, bu, təhlükəsizlik baxımından vacibdir:

«Məndən olsa orada 2-ci yox, 3-cü platformanı da tikərəm. BP şirkəti istəyir ki, sualtı quyuları qazıb sonra sualtı metodla onları platformaya gətirməklə istifadə etsin. Əlbəttə, onda platformanın sayı azalacaq. Mənim fikrimcə, bu, böyük ehtiyata malik yataqdır. Bununla risk edib sualtından istismar etmək çətindir. Bu, artıq xərc tələb edir, amma təhlükəsizlik nöqteyi-nəzərdən birinci yerdədir».

X.Yusifzadə məsələ ilə bağlı konsepsiyanın yaxın vaxtlarda qəbul olunacağını istisna etməyib.
XS
SM
MD
LG