Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:40

XVI neft-qaz sərgi və konfransı başladı


Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı 1994-cü ildən keçirilir
Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı 1994-cü ildən keçirilir
İyunun 2-i Bakıda XVI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı açılır. Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilən tədbir 4 gün davam edəcək. Sərginin ikinci günü ikinci günü enyiadlı konfrans öz işinə başlayacaq.

Verilən məlumata görə dünyada maliyyə böhranı hökm sürsə də 16-cı dəfədir keçirilən bu neft-qaz sərgi və konfransında iştirak edənləri sayı azalmayıb. Bu ilki sərgidə 22 ölkəni təmsil edən 300 şirkət iştirak edəcək. Azərbaycan bazarlarına ilk dəfə çıxan şirkətlər sərginin ümumi ekspozisiya sahəsinin 20 faizini təşkil edirlər. Sərginin 40 faizindən çox hissəsini isə dünyada tanınmış şirkətlər tutur.

Tədbirdə Gürcüstanın baş naziri Nika Qilaurinin başçılıq etdiyi nümayəndə heyəti və də ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir.

Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı 1994-cü ildən keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG