Keçid linkləri

2024, 22 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:21

Beynəlxalq Azərbaycan Məktəbində bomba həyəcanı


Beynəlxalq Azərbaycan Məktəbi
İyunun 1-də Beynəlxalq Azərbaycan Məktəbinin şagirdləri dərsə buraxılmayıb. Səbəb məktəbə bomba təhdidi ilə məktubun daxil olmasıdır.

Bakıdakı Qərb ölkələri səfirliklərindən birinin diplomatı «Azadlıq» radiosuna deyib ki, səhər onun uşaqları məktəbə buraxılmayıb. Bunun səbəbini öyrənmək istəyən sürücüyə və diplomatın məktəb rəhbərliyi ilə əlaqə saxlayan xanımına bildirilib ki, tədris müəssisəsində fövqəladə vəziyyətdir. Bu addımın atılması terror təhdidi ilə bağlıdır. Diplomatın ailəsinə deyilib ki, artıq məsələ aydınlaşdırılır, sabah hər şey yoluna qoyulacaq.

Başqa bir səfirlikdəki mənbə isə, məktəbə təhdidin e-maillə gəldiyini bildirib. Bu ailəyə də ertəsi gün tədrisin həmişəki qaydada cədvəl üzrə davam edəcəyi deyilib.

Beynəlxalq Azərbaycan Məktəbinin yerləşdiyi Yasamal rayonunun Polis İdarəsi və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə «Azadlıq» radiosuna bildiriblər ki, hadisə ilə bağlı onlarda məlumat yoxdur.

Beynəlxalq Azərbaycan Məktəbində 500-ə yaxın şagird təhsil alır. Bunlar əsasən xarici neft şirkətlərində çalışanların və diplomatların uşaqlarıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG