Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Radarladan itən 228 sərnişinli təyyarənin qəzaya uğradığı güman edilir


Bu gün Braziliyadan Fransaya uçan və okean üzərində radarladan yoxa çıxan Airbus A330 təyyarəsini qəzaya uğramış saymaq olar. Air France şirkətinin rəsmiləri az öncə belə bir açıqlama veriblər.

Açıqlamada deyilir ki, sonuncu dəfə uçuş heyətindən gələn mesaj bu olub ki, fırtınadan və hava boşluğundan keçəndən sonra, təyyarənin elektrik sistemində nasazlıq yaranıb. Sonra isə təyyarəylə əlaqə itib. Air France bəyan eləyib ki, təyyarənin radardan itməsindən keçən vaxtı və yanacaq ehtiyatını nəzərə alanda, Airbus 330-u qəzaya urğamış saymaq olar.

Braziliyadan Fransaya uçan Airbus A 330 təyyarəsi bu gün səhər Atlantik Okeanı üzərində radarlardan itib. Rio de Janeyrodan Parisə uçan təyyarədə azı 228 nəfər olub.

Braziliya və Fransa hava yollarından verilən məlumata görə, təyyarə Rio De Janeyrodan havaya qalxandan bir müddət sonra rdardan qeyb olub.

İndi təyyarənin sonuncu dəfə radarda göründüyü Fernando de Noronya adası yaxınlığında təyyarəni axtarırlar.
XS
SM
MD
LG