Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 19:22

İraq Kürdistanı Türkiyəyə neft ixrac eləməyə başlayıb


Bu gün ilk dəfə olaraq İraqın Şimalından, Kürdüstan Muxtar vilayətindən neft ixrac olunmağa başlayıb. Kürd rəsmiləri yaxın 2-3 ildə gündə bir milyon barel neft ixrac eləyə biləcəklərinə ümid eləyirlər.

Milliyətcə kürd olan İraq Prezidenti Cəlal Talabani Türkiyəyə nneft ixrac eləyən kəmərin açılış mərasimində iştirak edib. Amma Bağdad hökumətindən heç bir ərəb və ya şiə mənşəli rəsmi mərasimə qatılmayıb. Çünki mərkəzi hökumət Kürd bölgəsinin birtərəfli qaydada neft müqavilələri bağlamasına qarşı çıxır.
XS
SM
MD
LG