Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

24 saat ərzində Ermənistanda seçkinin ilkin nəticələri bəlli olmalıdı


Yerevanda mer seçkiləri keçirilir.

Seçkilərdə 40 faizdən çox səs toplayan partiya və blokun namizədi birbaşa mer olacaq.

Merlik uğrunda əsas mübarizə keçmiş prezident və müxalifətdə olan Ermənistan Milli Konqresinin namizədi Levon Ter Petrosyanla, hakim partiyanın dəstəklədiyi hazırkı mer Garik Beqlaryan arasında gedir.

İlkin nəticələr seçki başa çatdıqdan sonra 24 saat ərzində, yekun nəticələr isə 1 həftəyə bəlli olmalıdır.

Beqlaryan səs verdikdən sonra bunları deyib:

" Bu seçkilər hər bir Yerevan sakini üçün çox vacibdir və mən çox şey gözləyirəm .
Qoy bu azad və ədalətli seçki olsun "

Amma bir sıra kütləvi informasiya vasitələri seçkidə kütləvi pozuntular olduğunu xəbər verirlər.

Belə ki, təkrar səsvermə halları baş verib, seçkini müşahidə edən bir qrup jurnalist döyülüb.

Bu 1991-ci ildən bu yana Ermənistanda keçirilən ilk mer seçkisidir.
İndiyədək meri prezident təyin edirdi.
XS
SM
MD
LG